BAKI, 20 fevral — Sputnik. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan ilə Rusiya prezidentləri arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb ki, bu da dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb.
Sənəd iki ölkə arasında əməkdaşlığın bir çox istiqamətlərini, o cümlədən iqtisadi, siyasi-strateji, sosial və digər sahələrini əhatə edir.
Bəyannamənin imzalanmasından sonra ölkələrin qarşılıqlı fəaliyyətində nə dəyişib? Görüşlərdən və birgə qərarlardan hansı ən vacib olub? Gələcək əməkdaşlığın perspektivləri nədən ibarətdir?
Bu və digər aktual məsələlər fevralın 22-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Bakı-Moskva videokörpüsündə hər iki ölkənin aparıcı politoloqları tərəfindən müzakirə olunacaq:
Bakıda:
politoloq Sahil İsgəndər,
Moskvada:
Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov,
Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini Darya Qrevtsova.
Tədbir Sputnik Azərbaycan səhifəsində Tik Tok və Facebook* sosial şəbəkələrində yayımlanacaq.
Əlaqələr:
Telefonlar: 404-13-84-85
Sputnik Azərbaycan-ın multimedia mətbuat mərkəzi Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə) ünvanında yerləşir.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.