DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zaxarova Makronun Rusiya barədə sözlərini şərh edib

Mariya Zaxarova Fransanın bütün sənədlərdə Rusiyanı özünə rəqib kimi göstərən NATO-nun üzvü olduğunu xatırladıb.
Sputnik
BAKI, 19 fevral — Sputnik. Fransa prezidentinin belə deməyinə baxmayaraq, Fransa Rusiyanın məğlubiyyətini və darmadağın olmağını istəyir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova buna əmindir.
Diplomat Fransa Prezidenti Emmanuel Makronun Parisin heç vaxt “Rusiyanı məğlub görmək istəmədiyi və bir sıra Şərqi Avropa ölkələrindən fərqli olaraq belə bir mövqeyi dəstəkləməyəcəyi” barədə bəyanatını “Telegram”da şərh edib.
Zaxarovanın fikrincə, 1812-ci ildə Rusiyaya hücum kontekstində “heç vaxt” sözü yersizdir. O, “Fransanın Makronla başlamadığını” qeyd edərək, dövlət səviyyəsində hörmət edilən və Parisin mərkəzində dəfn olunan Napoleonun qalıqlarını xatırladıb.
Bundan əlavə, Fransa bütün sənədlərdə Rusiyanı özünə rəqib kimi göstərən NATO-nun üzvüdür. bununla həmrəy olan Paris isə Rusiyanın qələbəsinin yolverilməzliyi ilə bağlı bəyanatları dəstəkləyərək Kiyevi silahla təmin edir. Bundan, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin fikrincə, yalnız bir məntiqi nəticə çıxarmaq olar: onlar bizim məğlubiyyətimizi arzulayırlar.
"Hələ çox arzulayacaqlar və arzulamaqdan bezəcəklər" - deyə Zaxarova sözünü bitirib.
DÜNYA XƏBƏRLƏRİ
Makron Rusiyanı “məhv etmək” mövqeyini dəstəkləməyəcəyini bildirib