BAKI, 19 fevral — Sputnik. ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın bəyanatları Vaşinqtonun beynəlxalq gərginliyin əsas təxribatçısı rolunu bir daha vurğulayır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva.Kreml.Putin.” proqramına müsahibəsində deyib.
Bundan əvvəl Nuland bildirib ki, Vaşinqton Ukraynanın Krımdakı hərbi obyektlərə zərbələr endirməsini dəstəkləyir və onları “qanuni hədəflər” adlandırır.
"Xanım Nuland Amerika siyasətinin ən aqressiv "şahinlərinin" çox böyük düşərgəsinə aiddir. Bu, bizə yaxşı məlum olan nöqteyi-nəzərdir və bizim fikir ayrılıqlarımızın dərinliyini bir daha təsdiq edir. O, yəqin ki, ABŞ-ın beynəlxalq gərginliyin əsas təxribatçısı rolunu oynadığını bir daha vurğulayır",- deyə Peskov bu bəyanatları şərh edərkən bildirib.
Xatırladaq ki, müsahibədən bir parçanı verilişin aparıcısı Pavel Zarubin öz “Telegram” kanalında dərc edib.