DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Baydenin səhhəti ilə bağlı həqiqət gizlədilir - Həkim

Amerikalılar Baydenin yaşı və zehni qabiliyyətlərindən o qədər narahatdırlar ki, onu 2024-cü il seçkilərində prezidentliyə namizəd kimi görmək istəmirlər.
Sputnik
BAKI, 19 fevral — Sputnik. Amerika hakimiyyəti ABŞ Prezidenti Co Baydenin səhhətinin vəziyyəti ilə bağlı həqiqəti gizlədir.
Bunu Ağ Evin keçmiş həkimi, respublikaçı konqresmen Ronni Cekson söyləyir.
“Fox News” telekanalına müsahibəsində o, Amerika liderinin səhhəti ilə bağlı məlumatları “gizlətməyə” son qoymağa çağırıb. Onun sözlərinə görə, ölkənin bir çox sakinləri Baydenin psixi sağlamlığının tamamilə tənəzzülə uğradığını görürlər.
Keçmiş həkim hesab edir ki, ölkənin hazırkı liderinin səhhəti ilə bağlı əvvəllər dərc olunmuş hesabat “bir daha təsdiqləyir ki, bu administrasiya həqiqəti gizlətməkdə israrlıdır”.
"Ağ Evə Baydendən idrak testindən keçməsini və nəticələrin ictimaiyyətə açıqlanmasını tələb edən üç məktub göndərdiyimi nəzərə alsaq, bu, narahatedicidir, lakin həmin məktublarımın heç birinə məhəl qoyulmur", - deyə o, bildirib.
Xatırladaq ki, daha əvvəl Ağ Evdə Baydenin planlı illik tibbi müayinədən keçdiyini bildiriblər. Hesabatda deyilib ki, ABŞ lideri “80 yaşlı enerjili kişi” olaraq qalır.
Bundan əvvəl jurnalist Harrison Kass yazmışdı ki, amerikalılar Baydenin yaşı və zehni qabiliyyətlərindən o qədər narahatdırlar ki, onu 2024-cü il seçkilərində prezidentliyə namizəd kimi görmək istəmirlər.