NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft kəskin ucuzlaşdı

Qlobal iqtisadi tənəzzül və Çində iqtisadi canlanmanın dayanacağı ilə bağlı narahatlıqlar neft qiymətlərini ucuzlaşdırıb.
Sputnik
BAKI, 18 fevral - Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında “Brent” markalı neftin qiyməti 2,14 dollar azalaraq 83 dollar olub. Nyu-York birjasında “Light” markalı neftin qiyməti isə 2,15 dollar ucuzlaşaraq 76,34 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti 2,14 dollar azalaraq 85,34 dollar olub.
Qeyd edək ki, qlobal iqtisadi tənəzzül və Çində iqtisadi canlanmanın dayanacağı ilə bağlı narahatlıqlar neft qiymətlərini ucuzlaşdırıb.
Nyu-Yorkun əmtəə birjasında təbii qazın qiyməti azalıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında təbii qaza olan qiymət 1 milyon BTU (Britaniya termal vahidi) üçün 0,11 ABŞ dolları və ya 4,77 faiz ucuzlaşaraq 2,28 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.