BAKI, 17 fevral — Sputnik. Moskva fevralın sonunda Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərini nəzərdən keçirir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Belə bir səfər üzərində iş gedir. Biz təfərrüatları razılaşdırıldıqdan sonra açıqlayacağıq", - Zaxarova jurnalistlərin Lavrovun bu il fevralın sonunda Bakıya səfəri ilə bağlı sualını cavablandırarkən deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Rusiya İrəvan və Bakı arasında sülh müqaviləsi mövzusunu müzakirə etmək üçün Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada görüşünü təşkil etməyə hazırdır.
“Ermənistan-Azərbaycan nizamlanmasında Rusiya ilə əməkdaşlıqdan imtina edən ABŞ və Fransanın sayəsində ATƏT-in Minsk Qrupu fəaliyyətini dayandırıb. 2022-ci ilin fevralında amerikalı və fransız həmsədrlər uydurma bəhanə ilə rusiyalı həmkarları ilə qarşılıqlı əlaqəni dayandırdılar. Bununla da Minsk Qrupu formatı tarixin zibilliyinə atıldı. Bəhanə ilə 2022-ci ilin fevralında rusiyalı ilə qarşılıqlı əlaqəni dayandırdılar”, - Zaxarova cümə günü keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Vaşinqton və Paris tərəfindən bu cür hərəkətlərə dair heç bir aydın izahat yoxdur.
"Bunu nəzərə alaraq, biz Bakı və İrəvana ən yüksək səviyyədə müvafiq razılaşmalar toplusu əsasında, üçtərəfli formatlar çərçivəsində yardım göstərməyə istiqamətlənmişik, bu barədə dəfələrlə danışmışıq və hər şeyi izah etmişik. ABŞ-ın vasitəçiliyi real addımlarla təmin olunmalı və müəyyən əlavə dəyər qazanmalıdır”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.