BAKI, 16 fevral - Sputnik. UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Ağdamın "Qarabağ" və Belçikanın "Gent" klubları Bakıda üz-üzə gəliblər.
Görüşü Məhəmməd Al-Hakimin rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edib.
Oyun Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın birinci hissəsi qolsuz bərabərliklə yekunlaşıb.
İkinci hissədə, 51-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Ramil Şeydayev 11 metrlik cərimə zərbəsini vura bilməyib.
78-ci dəqiqədə Leandro Andrade "Qarabağ"ı irəli çıxarıb - 1:0. Qarşılaşma bu hesabla başa çatıb.