SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prays: "Ermənistan və Azərbaycan sülh istiqamətində fəaliyyət göstərməlidir"

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Ermənistan və Azərbaycan gərginliyi azaldaraq əhatəli və davamlı sülh istiqamətində fəaliyyət göstərməlidir.
Sputnik
BAKI, 16 fevral — Sputnik. "Ermənistana, Azərbaycana, həm də bütövlükdə regiona ismarışımız gərginliyi azaltmaq üçün bir yol tapmaq, əhatəli və davamlı sülh yoluna yenidən daxil olmağın vacibliyindən ibarətdir".
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan gərginliyi azaldaraq əhatəli və davamlı sülh istiqamətində fəaliyyət göstərməlidir.
Sözçü ABŞ-ın Azərbaycanla Ermənistan arasında danışıqlarda tutduğu roldan bəhs edərək bu istiqamətdə göstərilən səylərdə ikitərəfli və çoxtərəfli formatda iştirak etdiklərini qeyd edib. O, bundan sonra da prosesi irəliyə aparmaq üçün ölkəsinin çoxtərəfli strukturlar və qruplaşmalar vasitəsilə əllərindən gələni edəcəklərini vurğulayıb:
"Ümid edirik ki, başqa ölkələr də eyni siqnalı göndərəcək".
SİYASƏT
Paşinyan hökumətin iclasında Azərbaycanla imzalanacaq sülh sazişindən danışdı