BAKI, 16 fevral — Sputnik. 2023-cü ildə Azərbaycanda inflyasiya hədəf diapazonuna yaxınlaşa bilər.
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, 2022-ci ildə əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya təzyiqlərinin yüksəlməsi ölkədaxili inflyasiya proseslərinə və gözləntilərə təsir göstərib.
Bundan başqa, bildirilib ki, ilin son aylarında müşahidə edilən meyillər davam edərsə, 2023-cü ilin sonuna inflyasiya səviyyəsinin azalaraq tədricən hədəf diapazonuna yaxınlaşacağı gözlənilir.