SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Toivo Klaar Mirzoyanın Türkiyəyə səfərindən yazdı

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bildirib ki, bu, Ermənistanın yardıma ehtiyacı olan qonşusuna dəstək vermək qərarından sonra tarixi səfərdir.
Sputnik
BAKI, 15 fevral — Sputnik. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə gəlişini tarixi səfər adlandırıb.
"Bu, Ermənistanın yardıma ehtiyacı olan qonşusuna dəstək vermək qərarından sonra tarixi səfərdir. Ümid edirəm ki, bu, Ermənistan-Türkiyə münasibətlərinin inkişafının xəbərçisidir", - Klaar "Twitter"də yazıb.
Ermənistanın xarici işlər naziri bu gün Türkiyəyə yola düşəcək. Səfər onunla əlamətdardır ki, Ankara ilə İrəvan arasında diplomatik münasibətlər yoxdur, baxmayaraq ki, ölkələr arasında münasibətlərin normallaşması prosesi gedir.
Bu, Mirzoyanın Türkiyəyə ikinci səfəridir, bundan əvvəl o, Antalyada diplomatik forumda iştirak edib və türkiyəli həmkarı ilə qapalı danışıqlar aparıb.
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. 2022-ci ilin yanvarında Moskvada Ermənistan və Türkiyə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın ilk görüşü keçirilib. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlar zamanı tərəflər konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Vyanada daha üç görüş keçirilib.