İDMAN

Azərbaycan hakimləri Türkiyədə üç oyun idarə edəcəklər

Türkiyə Futbol Federasiyasının müraciəti əsasında AFFA-nın Hakimlər Komitəsi tərəfindən FIFA referisi Fəridə Lütfəliyeva, həmçinin FIFA referi köməkçiləri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə Türkiyəyə ezam olunublar.
Sputnik
BAKI, 15 fevral — Sputnik. Antalya və Alanyada təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət milli komandaların hazırlıq xarakterli turniri keçirilir.
Türkiyə Futbol Federasiyasının müraciəti əsasında AFFA-nın Hakimlər Komitəsi tərəfindən FIFA referisi Fəridə Lütfəliyeva, həmçinin FIFA referi köməkçiləri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə Türkiyəyə ezam olunublar.
Hakimlərimiz turnir çərçivəsində bu gün Estoniya – Kosovo, fevralın 18-də Makedoniya – Bolqarıstan, fevralın 21-də isə Estoniya – Makedoniya oyunlarını idarə edəcəklər.