BAKI, 13 fevral — Sputnik. 2023-cü ilin yanvarında Azərbaycan qaz ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 12% artırıb. Bunu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov deyib.
Nazirin "Twitter" səhifəsində yerləşdirdiyi məlumata görə, ötən ay Avropaya 1 milyard, Türkiyəyə 0,9 milyard, Gürcüstana isə 0,3 milyard kubmetr qaz tədarük edilib.
Şahbazovun sözlərinə görə, Azərbaycan qazının Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə tədarükü yanvar ayında 0,5 milyard kubmetr qaz təşkil edib.
Nazir həmçinin qeyd edib ki, yanvarda ölkədə qaz hasilatı 4% artaraq 4,2 milyard kubmetr qaz təşkil edib. Bu həcmin 2,2 milyard kubmetri ixrac edilib.
Energetika Nazirliyi rəhbərinin nəşrində bildirilir ki, bu ilin yanvar ayında 2,7 milyon ton neft hasil edilib, onun 2,1 milyon tonu ixrac edilib.