DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yunanıstanın xarici işlər naziri türk həmkarı ilə birlikdə Hataya gedib

Yunanıstanlı nazirin Türkiyəyə bu səfəri 2022-ci ilin mayında iki ölkə liderləri arasında münasibətlərin kəskinləşməsindən sonra ilk səfərdir.
Sputnik
BAKI, 12 fevral - Sputnik. Türkiyəyə səfər edən Yunanıstanın xarici işlər naziri Nikos Dendiasla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hataya səfər ediblər.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Hatay şöbəsinə gedəcəklər, xilasetmə işləri və humanitar yardımlarla bağlı müzakirə aparacaqlar.
Qeyd edək ki, Nikos Dendias bu gün Türkiyəyə Adana Hava limanından eniş edib.
Türkiyə və yunanıstanlı nazirlərin ikitərəfli görüşü də olub.
***
Yunanıstanın xarici işlər naziri Dendias zəlzələ bölgəsini ziyarət etmək və xarici işlər naziri Çavuşoğlu ilə görüşmək üçün Türkiyəyə gəlib.
***
Yunanıstanın xarici işlər naziri Nikos Dendias fevralın 12-də Türkiyəyə səfər etməyi planlaşdırır.
Sputnik Türkiyə-nin məlumatına görə, Dendias səfər zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlunun müşayiəti ilə zəlzələdən zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən Yunanıstan yardım missiyasının üzvləri ilə görüşəcək.
Bundan əlavə, Dendias Antakyadakı əməliyyat mərkəzinə baş çəkmək niyyətindədir.
Yunanıstanlı nazirin Türkiyəyə bu səfəri 2022-ci ilin mayında iki ölkə liderləri arasında münasibətlərin kəskinləşməsindən sonra ilk səfər olacaq.
Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş verən 7.7 bal gücündəki zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb. Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, indiyədək təbii fəlakət nəticəsində 80 min 278 nəfər yaralanıb.