İDMAN

Azərbaycan millisi Albaniya və Sloveniya ilə qarşılaşacaq

Millimiz martın 23-də Albaniya, 26-da isə Sloveniya ilə üz-üzə gələcək.
Sputnik
BAKI, 10 fevral - Sputnik. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunları keçirəcək.
AFFA xəbər verir ki, rəqiblər Albaniya və Sloveniyanın müvafiq yaş qrupu üzrə yığmaları olacaq.
Hər iki qarşılaşma 20 - 27 martda Türkiyənin Antalya şəhərində təşkil ediləcək təlim-məşq toplanışı zamanı baş tutacaq.
Millimiz martın 23-də Albaniya, 26-da isə Sloveniya ilə üz-üzə gələcək.