BAKI, 9 fevral — Sputnik. Rusiyalı televiziya aparıcısı və zooloq alim Nikolay Drozdov uzunömürlülüyün sirrini bölüşüb. Bu barədə Rusiya mediası xəbər verib.
Drozdovun sözlərinə görə, ilk növbədə çox yeməmək lazımdır.
"Tez-tez, ancaq az yemək məsləhətdir. Masadan tam doymadan qalxmalısan", - deyə alim bildirib.
Televiziya aparıcısı onu da xatırladıb ki, həddindən artıq çəki insanın "əsas qatili"dir. O, hamıya hər gün idman hərəkətləri etməyi məsləhət görür.
"Mənim qeyd kitabçam, müalicəvi məşqlərim var. Gün ərzində beş dəfə otururam, dayanıram, uzanıram və eyni hərəkətləri təkrar edirəm", - deyə Drozdov qeyd edib.