DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə millisinin iki voleybolçusu zəlzələ nəticəsində həlak olub

Dağıntılar altında qalan Mehmet Can Ağırbaş və Emincan Kocabaş "Malatya Böyükşəhər Bələdiyəspor"un formasını geyiniblər.
Sputnik
BAKI, 8 fevral — Sputnik. Kişi voleybolçulardan ibarət Türkiyə milli komandasının iki üzvü zəlzələ nəticəsində həlak olub. Dağıntılar altında qalan Mehmet Can AğırbaşEmincan Kocabaş "Malatya Böyükşəhər Bələdiyəspor"un formasını geyiniblər.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyədə zəlzələdə həlak olanların sayı 8574 nəfərdir. Zəlzələ nəticəsində 49133 nəfər xəsarət alıb, 6444 bina dağılıb. Zəlzələdən zərər çəkən ailələrə 10 min lirə (təqribən 903 AZN) veriləcək.
O, zəlzələnin təsir etdiyi regionlarda yenidənqurma işlərinin aparılacağını da diqqətə çatdırıb.
Türkiyə Prezidenti qeyd edib ki, dövlət qurumları iş başındadır. O, ilk günlər bəzi çətinliklərin yaşandığını vurğulayıb. Əlavə edib ki, hazırda vəziyyətə nəzarət edirlər.