HADİSƏ

Türkiyədə fövqəladə vəziyyət rejimi elan olunub

Dövlət başçısı bildirib ki, fövqəladə vəziyyət rejimi üç ay müddətində 10 vilayətdə qüvvədə olacaq. Ərdoğan həmçinin axtarış-xilasetmə tədbirlərinin sürətlə davam etdiyini də söyləyib
Sputnik
BAKI, 7 fevral — Sputnik. Türkiyədə fövqəladə vəziyyət rejimi elan olunub. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Dövlət başçısı bildirib ki, fövqəladə vəziyyət rejimi üç ay müddətində 10 vilayətdə qüvvədə olacaq. Ərdoğan həmçinin axtarış-xilasetmə tədbirlərinin sürətlə davam etdiyini də söyləyib.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3549 nəfər insan həlak olub, 22168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5775 bina dağılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik matəm elan edib.
HADİSƏ
Səfir: Zəlzələdə Azərbaycan vətəndaşının öldüyünə dair təsdiqlənmiş məlumat var