DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyanın BMT-dəki nümayəndəsinin müavini dünya böhranının səbəbini açıqlayıb

Mövcud vəziyyət həm BMT-yə üzv ölkələrə, həm də bütövlükdə təşkilat sisteminə hərtərəfli təsir göstərir.
Sputnik
BAKI, 7 fevral — Sputnik. Bəzi ölkələr birqütblü dünya nizamını qorumağa və ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşmasının qarşısını almağa çalışırlar ki, bu da dünya böhranına səbəb olub.
"RİA Novosti" bu barədə Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin müavini Anna Yevstiqneyevaya istinadən xəbər verib.
Yevstiqneyevanın sözlərinə görə, mövcud vəziyyət həm BMT-yə üzv ölkələrə, həm də bütövlükdə təşkilat sisteminə hərtərəfli təsir göstərir.
Nəticədə dövlətlər öz mandatlarını yerinə yetirmənin sabitliyi və effektivliyi ilə bağlı ciddi sınaqdan keçirlər. Söhbət, ilk növbədə münaqişələrin qarşısının alınmasından gedir. Yevstiqneyeva hesab edir ki, BMT bu vəzifənin öhdəsindən gəlmir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qərb ölkələri Ukrayna münaqişəsinin ABŞ siyasəti ilə təhrik edildiyini anlamağa başlayıblar. O, həmçinin, əlavə edib ki, Minsk razılaşmalarını imzalayan dövlətlər ilkin olaraq öhdəliklərini yerinə yetirməyi planlaşdırmayıblar ki, bu da dövlətlərin beynəlxalq hüquq sferasına yanaşmalarının saxtalaşdırılmasından xəbər verir.