RUSİYA

Lavrov: Münasibətlərimizin güclənməsinə Qərbin mənfi reaksiyasını görürük

Rusiyanın xarici işlər naziri bildirib ki, Afrika ölkələri, o cümlədən Mali ilə əməkdaşlıq məsələlərində Moskvanın gizlədəcəyi və utanacağı heç nə yoxdur.
Sputnik
BAKI, 7 fevral — Sputnik. Rusiya Qərbin Rusiya ilə Mali arasında münasibətlərin möhkəmlənməsinə mənfi reaksiyasını görür, Moskvanın Mali də daxil olmaqla Afrika ölkələri ilə əməkdaşlıq məsələlərində gizlədəcək və utanacağı heç nə yoxdur.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı bildirib.
"Biz təbii ki, Rusiya-Mali münasibətlərində Qərb dövlətlərinin bu proseslərə (əlaqələrin möhkəmlənməsi - red.) mənfi reaksiyasını görürük. Təəssüflə qeyd edirik ki, bu, Qərbin bərabərlik və qarşılıqlı münasibətlər prinsiplərinə mənfi münasibətinin növbəti təzahürüdür", - Lavrov Mali xarici işlər naziri Abdulla Diopla keçirdiyi mətbuat konfransında deyib.
O vurğulayıb ki, Afrika ölkələri, o cümlədən Mali ilə əməkdaşlıq məsələlərində Moskvanın gizlədəcəyi və utanacağı heç nə yoxdur.
"Qərb qaydalara əsaslanan dünya nizamı konsepsiyasını təbliğ edir. Bu qaydalar heç vaxt heç bir yerdə heç kimə təqdim olunmayıb və bu, bizim qərbli həmkarlarımıza illərdir öz ölkələrində, ilk növbədə, digər qitələrin ölkələrində ictimai rəyi manipulyasiya etməyə imkan verib", - Rusiya diplomatiyasının rəhbəri əlavə edib.