BAKI, 6 fevral — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyədə baş verən zəlzələdən sonra Türkiyənin müdafiə naziri Hulusi Akara hərbi yardım təklif edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Müdafiə Nazirliyinin rəhbəri zəlzələdən sonra türkiyəli həmkarına nazirlik vasitəsilə bütün lazımi yardımı, o cümlədən zərərçəkənlərə tibbi yardım göstərməyi təklif edib", - məlumatda deyilir.
Rusiya hərbi idarəsindən bildirilib ki, öz növbəsində Türkiyənin müdafiə naziri Rusiya Müdafiə Nazirliyinin rəhbərinə təklif edilən yardıma görə təşəkkür edib, yaxın vaxtlarda konkret təkliflər təqdim edəcəyini vəd edib.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ olub. Nəticədə 912 nəfər ölüb, 5385 nəfər yaralanıb. Zəlzələ nəticəsində ümumilikdə 2818 bina dağılıb.