BAKI, 6 fevral — Sputnik. Minsk razılaşmalarının pozulması və Kiyev rejiminin silahlanması Qərbin hədəfi idi.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.
O, həmçinin qeyd edib ki, daha bir məqsəd Ukraynada yaşayan rusdilli əhalinin bütün hüquqlarının məhv edilməsi olub.
"Bu razılaşmaların pozulmasının məqsədi Ukraynanın Rusiya Federasiyasına qarşı silahlanmasına şərait yaratmaq olub", - deyə "RİA Novosti" Lavrova istinadən yazır.
İraqlı həmkarı Fuad Hüseynlə aparılan danışıqların nəticələrinə görə, Rusiya xarici işlər naziri Minsk razılaşmalarının pozulmasının Ukrayna və Qərbin vəzifəsi olduğunu, Rusiya Prezidenti Vladimir Putindən başqa onları imzalayan hər kəsin bunu açıq şəkildə etiraf etdiyini vurğulayıb.
Lavrovun sözlərinə görə, Rusiya tərəfi bütün yuxarıda deyilənləri təsdiqləyən konkret misallar gətirərək, Ukrayna ətrafında baş verənlər barədə Hüseynə danışıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bazar günü, fevralın 5-də İraqın paytaxtı Bağdada işgüzar səfərlə gəldiyi bildirilib. Onun İraq prezidenti Əbdül Lətif Rəşid və ölkə hökumətinin nümayəndələri ilə görüşü planlaşdırılıb.