DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avstriya hərbçilərini Türkiyəyə göndərir

Avstriya yerli yardım təşkilatları üçün Xarici Fəlakət Fondundan 3 milyon avro ayıracaq.
Sputnik
BAKI, 6 fevral — Sputnik. Avstriya Türkiyədəki zəlzələ ilə əlaqədar bu ölkəyə maliyyə yardımı ayıracaq və axtarış-xilasetmə üçün hərbçilər göndərəcək.
Bu barədə Avstriya kansleri Karl Nehammer "Twitter"də bildirib.
"Zəlzələlərdən sonra Türkiyədən və Suriyadan bu gün bizə çatan dəhşətli görüntülər ciddi dağıntıların və çoxlu sayda qurbanların olduğunu göstərir. Fikrimiz qurbanların ailələrinin yanındadır. Biz bu ağır zamanda Türkiyə və Suriya xalqlarının yanındayıq.
Zəlzələnin gücü dağıdıcıdır. Avstriya yerli yardım təşkilatları üçün Xarici Fəlakət Fondundan 3 milyon avro ayıracaq və sabahdan etibarən zəlzələ bölgəsində xilasetmə əməliyyatlarında Avstriya silahlı qüvvələrinin 80-dən çox əsgəri dəstək verəcək", - Kansler bildirib.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ olub. Son məlumatda yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1498-ə, yaralıların sayının isə 8 533-ə yüksəldiyi açıqlanıb. 2834 bina dağılıb.
Zəlzələlərdən sonra bölgədə sunami təhlükəsinin olmadığı qeyd olunub.
DÜNYA XƏBƏRLƏRİ
Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqdadır, 30 mindən çox xəsarət alan var