BAKI, 4 fevral — Sputnik. Ümumiyyətlə, pərakəndə satış müəssisələri demək olar ki, istər ÜST-ün, istərsə də BMT-nin Ərzaq və Qida Təhlükəsizliyi Təşkilatının nəzərdə tutduğu Qabaqcıl Gigiyena Təcrübəsi ("Good hygiene practice") və Qabaqcıl İstehsalat Təcrübələri ("Good Manufact Practice") barəsində məlumatsızdırlar.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında qida eksperti Seymur Qafarov deyib.
O bildirib ki, qabaqcıl gigiyena və istehsalat təcrübələrinə əsasən ərzaq məhsulları düzgün temperaturda təhvil alınmalı, uyğun temperaturda - müvafiq saxlama yerlərində saxlanılmalı olduğu halda, pərakəndə satış müəssisələri bundan məlumatsızdırlar: "Məhsul düzgün hazırlanıb paketlənsə belə, ola bilər ki, saxlanma şəraiti düz deyil. Təbii ki, bu zaman da məhsul zərərli ola bilər".