DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Keçmiş baş nazirlər Conson və Trass siyasətdən getməyi planlaşdırmırlar - KIV

Ötən il Böyük Britaniyada bir neçə hökumət başçısı olub.
Sputnik
BAKI, 4 fevral - Sputnik. Böyük Britaniyanın keçmiş baş nazirləri Boris Conson və Liz Trass siyasətdən getməyi planlaşdırmırlar. Bu barədə Times qəzeti yazır.
Nəşrin saytındakı materiala görə, nə Conson, nə də Trass “siyasətdən sakit istefa etməyi və ya varisinin həyatını asanlaşdırmağı planlaşdırmırlar”.
Qeyd olunur ki, Trass bu həftə sonu hökumət başçısı vəzifəsindən getdikdən sonra ilk dəfə olaraq vergilərin azaldılmasına çağıracağı müəllif məqaləsi ilə çıxış edəcək. "O, döyüşü uduzduğunu düşünür, lakin bu, uzun bir oyundur", - deyə Trassın adı açıqlanmayan müttəfiqi bildirib.
Nəşrin məlumatına görə, Trassın tərəfdarları kampaniya günlərindən “köhnə WhatsApp qruplarını canlandıraraq səfərbər olurlar”. Qəzetin mənbələri deyirlər ki, Trass, partiya müxalifətdə olarsa, torilərə rəhbərlik etmək üçün "ümid payına" sahibdir.
Trassın baş nazirlikdəki sələfi Boris Consona gəlincə, onun "siyasi dönüş ümidini itirmədiyi" deyilir.
Ötən il Böyük Britaniyada bir neçə hökumət başçısı olub. Rişi Sunak 2022-ci ildə Böyük Britaniyanın üçüncü baş naziri oldu, o, 1812-ci ildən bəri Britaniya hökumətinin ən gənc lideri və ölkə tarixində Hindistan əsilli ilk baş nazirdir. İyul ayında Boris Conson baş nazir postunu tərk etmək niyyətində olduğunu açıqlamışdı. Sentyabr ayında onun yerinə seçilən Liz Trass, iqtisadi siyasətlərinin geniş tənqidindən sonra istefasını elan etməzdən əvvəl cəmi 44 gün davam etdi.