CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Fast-food"lardakı "frityur"yağlar uşaqlarda ölümcül xəstəliklər yarada bilər

Zərərli yağlar uşaqlarda şiş xəstəlikləri, şəkər və bu kimi pis xəstəliklərə səbəb ola bilər
Sputnik
BAKI, 4 fevral — Sputnik. Uşaqlarla restorana getikdə onlara daha çox "kartof-fri" alırıq. Bu məhsullar "frityur" yağlardan hazırlanır. Belə yağların ölkəyə idxalı var.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında qida texnoloqu, koordinatoru Ağa Salamov deyib. O bildirib ki, bu yağlar otaq temperaturunda bərk halda olur: "Qazın üstünə qoyub əritdikdən sonra restoranlarda istifadə olunur. Bu məlumatı bütün aşpazlar da təsdiqləyə bilər. Qida koordinatoru olaraq çalışıram ki, işlədiyim restoranlarda maksimum səviyyədə qarğıdalı, bitki yağından istifadə edək".
"Digər zərərli yağlar uşaqlara rəva görülmür. Onlar şiş xəstəlikləri, şəkər və bu kimi pis xəstəliklərə düçar ola bilər. Ümumiyyətlə, bu yağlar təkcə uşaqlara deyil, gənclərə, hər kəsə ziyandır", - deyə o əlavə edib.