BAKI, 4 fevral - Sputnik. Fevralın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu 6-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu 6-9° isti, dağlarda 0-5° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.