İDMAN

"Bavariya"nın qapıçısı Noyer razılaşdırılmamış müsahibəyə görə cərimələnəcək - KİV

Noyer 2011-ci ildən "Bavariya"da çıxış edir. Münhen klubunun tərkibində on qat Almaniya çempionu olub.
Sputnik
BAKI, 4 fevral - Sputnik. “Bild”in məlumatına görə, “Bavariya”nın və Almaniya millisinin qapıçısı Manuel Noyer klubun razılığı olmadan verdiyi müsahibəyə görə cərimələnib.
Noyer “The Athletic” və “Süddeutsche Zeitung” qəzetlərinə müsahibəsində “Bavariya”nın qapıçılar üzrə məşqçisi Toni Tapaloviçin yanvar ayında qovulmasından narazılığını bildirib. Qapıçı "ürəyinin parçalandığını hiss etdiyini" deyib.
"Manuelin bu iki müsahibədə Tapaloviçin qovulması ilə bağlı dedikləri kapitan statusuna və "Bavariya"nın dəyərlərinə uyğun deyil. Bundan əlavə, onun açıqlamaları yanlış zamanda gəlir, çünki qarşıda bizi çox vacib oyunlar gözləyir", - "Bavariya"nın baş direktoru Oliver Kan bildirib.
Dekabr ayında 36 yaşlı Noyer tətil zamanı xizək sürərkən baldır sümüyü sınıb. Qapıçının uğurlu əməliyyat keçirdiyi və mövsümün qalan hissəsini buraxacağı bildirilirdi. Əsas qapıçının zədəsi ilə bağlı "Bavariya" yanvarda qapıçı Yann Sommerlə müqavilə imzalayıb.
Noyer 2011-ci ildən "Bavariya"da çıxış edir. Münhen klubunun tərkibində on qat Almaniya çempionu olub, beş dəfə Almaniya kubokunu və iki dəfə Çempionlar Liqasını qazanıb.