BAKI, 3 fevral — Sputnik. Mən tənbələm, heç bir məqsədim yoxdur, yalnız arzularım var. Bunu "RİA Novosti"yə müsahibəsində "Sputnik Litva"nın baş redaktoru Marat Kasem deyib.
"Arzularım heç vaxt maddi məsələlərlə bağlı olmayıb. Məsələn, mən istəyirəm ki, bütün ölkə çərşənbə günləri səhər saat səkkizdə durub Sputnik radiosunu açsın, bizim verilişlərə qulaq assın. Mən istərdim ki, "Sputnik Litva" saytı Litva əhalisinin 90 faizi tərəfindən gündəlik oxunsun, "Telegram" kanalının isə bir milyon abunəçisi olsun. Belə xəyallar var. Bunlar işimizin uğuru haqqında xəyallardır", - deyə Kasem bildirib.
Marat Kasem "Rossiya Seqodnya" media qrupuna daxil olan "Sputnik Litva"nın şef redaktorudur. Latviya vətəndaşıdır, bir neçə il idi ki, Moskvada yaşayırdı. Ötən ilin dekabrın 30-da jurnalist ailə vəziyyəti ilə əlaqədar olaraq Latviyaya gedib. Marat Kasem Riqada Latviya xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Yanvarın 5-də keçirilmiş məhkəmə iclasında ona qarşı həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılıb. Kasemin vəkili onun zaminə buraxılmasında israr etsə də, məhkəmə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib. M.Kasemə qarşı iki maddə üzrə ittiham irəli sürülüb: Aİ-nin Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalarının pozulması; casusluq. Qeyd edək ki, ikinci maddə üzrə jurnalisti 20 ilədək həbs cəzası gözləyir.
- Bəzən həyatımda haçalanma nöqtələri olur, müəyyən edilmiş iş rejimində dəyişiklik olur, bundan sonra taleyimin sonra hansı istiqamətdə gedəcəyi isə məlum deyil. Belə məqamlarda sadəcə olaraq Allaha üz tuturam: "Allahım, mən sənə ömrümü, gələcək karyeramı etibar edirəm. Mən səndən bir şey istəmirəm, ancaq sənə etibar edirəm". Bunu səmimiyyətlə, ürəkdən deməliyik. Və hər şey bir şəkildə yoluna düşür...
- Siz iki dəfə siyasi elmlərə daxil olmusunuz. Bu təsadüfi bir seçim idi, yoxsa bilərəkdən?
- Birinci dəfə də, ikinci dəfə də qəsdən olub. Nənəm və babamın himayəsində səhərdən axşama kimi televiziyada xəbərlər izləyərək böyümüşəm. Uşaqların hamısı cizgi filmlərinə baxırdı, mən isə “Vesti” və ya “ORT-də xəbərlər”ə baxırdım. 1999-cu il, doqquz yaşım var, dördüncü sinfi bitirirəm. Bir dəfə sinifdə soruşdular ki, kim Primakovun “Atlantik üzərindən geri qayıtmasının”nın nə olduğunu və nə ilə bağlı olduğunu izah edə bilər? Mən isə izah edə bilirdim.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.