CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Növbəti prokuror işdən azad edilib

Həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyevə həvalə edilib.
Sputnik
BAKI, 2 fevral — Sputnik. Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Baş Prokurorluğun Mətbuat xidməti məlumatı təsdiqləyib. Bildirilib ki, həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyevə həvalə edilib.
Qeyd edək ki, bir müddət öncə Tərtər rayonunun hərbi prokuroru vəzifəsindən azad edilib. Baş prokurorun əmri ilə Tərtər rayon hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilərək Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib.
Baş prokurorun digər əmri ilə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Emin Vəliyev tutduğu vəzifədən azad edilərək Tərtər rayon hərbi prokuroru təyin olunub.