CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük Qayıdışa dair Proqramın icrası üçün tələb olunan vəsait müəyyənləşdiriləcək

Vəsaitə dair təkliflər 2023-cü il fevralın 20-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Sputnik
BAKI, 2 fevral — Sputnik. Böyük Qayıdışa dair I Dövlət Proqramı üçün tələb olunan vəsait müəyyənləşdiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə" sərəncamda əksini tapıb.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi 2024-cü il və sonrakı üç il üçün dövlət investisiya proqramının istiqamətləri, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" və "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" üzrə nəzərdə tutulmuş investisiya yönümlü layihə və tədbirlər üçün tələb olunan vəsaitə dair ilkin göstəriciləri 2023-cü il martın 1-dək, dəqiqləşdirilmiş göstəriciləri, həmçinin növbəti il üçün dövlət büdcəsinin layihəsinə uyğunlaşdırılmış dövlət investisiya proqramının istiqamətlər üzrə layihəsini 2023-cü il avqustun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.
Eyni zamanda Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflərini 2023-cü il fevralın 20-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Xatırladaq ki, ötən ilin noyabr ayında "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.