BAKI, 2 fevral — Sputnik. ABŞ-ın planlarına Avropanın iqtisadi cəhətdən sıxışdırılması daxildir. Proses artıq başlayıb.
Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
"Paralel olaraq, Avropanı iqtisadi cəhətdən sıxışdırmaq – bu, heç bir şübhə yoxdur ki, öz ölkələrinin müstəsnalığını və onun bütün dünyada suverenliyini saxlamaq zərurətini dərk edərək yaşayanların planlarının bir hissəsi idi. Hazırda Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts amerikalıların guya inflyasiya ilə mübarizə üçün qəbul etdikləri, əslində isə istehsalın ABŞ-a köçürülməsinə yönəlmiş və bu kimi qanunlarından narahatlığını açıq şəkildə ifadə etməyə başlayıblar. Proses isə artıq gedir", - deyə nazir "Rossiya 24" telekanalına və "RİA Novosti"yə müsahibəsində bildirib.
"Alman sənayesi güzəştlərin olduğu yerə qaçır. Bu güzəştlər isə açıq-aşkar ayrı-seçkilik xarakteri daşıyır və açıq şəkildə Avropa sənayesini sarsıtmağa yönəlib. Eksklüzivlik belə işləyir", - deyə nazir əlavə edib.