RUSİYA

Rusiya Qərbin sanksiyalarına görə öz aviasiyasının məhvinə imkan verməyəcək - KİV

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri bildirib ki, sanksiya tətbiq edən ölkələrdən olan tərəfdaşlar ilə qeyri-rəsmi əlaqələr davam edir.
Sputnik
BAKI, 1 fevral — Sputnik. Rusiya Qərbin sanksiyalarına görə mülki aviasiyasının məhvinə icazə verməyəcək. Bunuu Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Aleksandr Neradko RBK-ya müsahibəsində bildirib.
O 2022-ci ilin martında Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololeinin açıqlamasını xatırladıb. Hololei bildirmişdi ki, Rusiyaya təyyarə və komponentlərin tədarükünə qadağa qoyan və Rusiya aviaşirkətləri üçün Avropa bazarını bağlayan Qərb sanksiyalarının məqsədi Rusiya mülki aviasiyasını məhv etməkdir.
"Bəli, yüksək rütbəli bir avropalı məmurun belə bir səmimi bəyanatı var idi. Görünür, o, uzun müddət bunu düşünüb. Bu alınmadı. Bir sadə səbəbdən, ölkəmizdə aviasiyaya cavabdeh olan hər kəs sanksiyalara qoşulanların hərəkətlərinə cavab olaraq vaxtında və düzgün qərarlar qəbul etdilər. Sanksiyalar çoxdur, onlar həqiqətən Rusiyada aviasiyanı məhv etməyə yönəlib. Lakin biz buna imkan verə bilmərik və imkan verməyəcəyik", - deyə Neradko bildirib.
O qeyd edib ki, aviasiya qlobal iqtisadi əlaqələr sistemidir. Ona görə də yerli mülki aviasiyaya qarşı sanksiyalar tətbiq edən bir sıra dövlətlərin qərarı ilə beynəlxalq əməkdaşlığı dayandırmaq mümkün deyil.
"Dost dövlətlərin aviasiya idarələri, mülki aviasiya sahəsində çalışan beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət davam edir. Sanksiya tətbiq edən ölkələrdən olan tərəfdaşlarımızla qeyri-rəsmi əlaqələr davam edir. Amma əvvəlki kimi açıq deyil", - Federal Hava Nəqliyyatı Agnetliyinin rəhbəri bildirib.