BAKI, 31 yanvar — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Paşinyan Laçın dəhlizindəki vəziyyətin aradan qaldırılması üçün Rusiya Federasiyası tərəfindən lazımi addımların atılmasının vacibliyini qeyd edib.
Bu kontekstdə tərəflər Rusiyanın bölgədəki sülhməramlı missiyasının fəaliyyətini müzakirə ediblər.
Həmsöhbətlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərin icrasına da toxunublar.
Ermənistan və Rusiya liderləri ikitərəfli əməkdaşlığın gündəliyində duran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.