BAKI, 31 yanvar — Sputnik. Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan bildiriblər ki, hərracda tələb 29,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bundan əvvəl yanvarın 24-ü və 26-da keçirilən hərraclarda banklar Mərkəzi Bankdan dollar sifariş etməyib.
19 yanvar 2023-cü il tarixində isə Mərkəzi Bankda valyuta hərracında tələb 1,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
17 yanvar 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracında tələb 18,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.