SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi başa çatıb - XİN

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb.
Sputnik
BAKI, 30 yanvar -Sputnik. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi başa çatıb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb. Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!", - XİN-in Twitterdəki paylaşımında bildirilir.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.
SİYASƏT
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb, Təbriz konsulluğu isə işləyəcək