CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İranda növbəti zəlzələ baş verib və bu, Naxçıvanda da hiss edilib

Zəlzələ saat 18:41-də, yerin 5 kilometr dərinliyində qeydə alınıb.Təbii hadisə Naxçıvan şəhərində də hiss edilib.
Sputnik
BAKI, 29 yanvar - Sputnik. İranın Xoy şəhəri yaxınlığında 4,5 bal gücündə daha bir zəlzələ olub.
Zəlzələ saat 18:41-də, yerin 5 kilometr dərinliyində qeydə alınıb.Təbii hadisə Naxçıvan şəhərində də hiss edilib.
Zəlzələ təxminən 8-10 saniyə davam edib.
Şənbə günü axşam İranın Qərbi Azərbaycan əyalətində, Xoy şəhəri yaxınlığında 5,9 bal gücündə güclü zəlzələ baş verib, 3 nəfər ölüb. Zəlzələ nəticəsində zərərçəkənlərin sayı 973-ə çatıb. Bundan əvvəl İran mediası 816 nəfərin zərər çəkdiyini bildirmişdi.
"Bu günə kimi Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində 973 nəfər xəsarət alıb. Onların hamısı Qərbi Azərbaycan əyalətindəki xəstəxanalara və tibb məntəqələrinə, 858 nəfəri isə Xoy şəhər xəstəxanasına göndərilib. Qalanları isə Selmas və Çaypara şəhərlərindəki xəstəxanalara göndərilib”, - məlumatda deyilir.
DÜNYA XƏBƏRLƏRİ
İranda zəlzələdən zərərçəkənlərin sayı 1000 nəfərə yaxınlaşıb