İDMAN

Şahmat üzrə Azərbaycan çempionatının qalibi bəlli olub

Finalın ilk rapib mübarizəsində ağ fiqurlarla oynayan Vasif Durarbəyli Vüqar Əsədlini məğlub edib.
Sputnik
BAKI, 28 yanvar - Sputnik. Kişi şahmatçılar arasında Azərbaycan çempionatının qalibi məlum olub. Ölkə çempionu tay-brekdə müəyyənləşib.
Finalın ilk rapib mübarizəsində ağ fiqurlarla oynayan Vasif Durarbəyli Vüqar Əsədlini məğlub edib. İkinci görüşdə də qələbə qazanan Vasif Durarbəyli Azərbaycan çempionatının qalibi olub.
Bu, Durarbəylinin karyerasında ikinci ölkə çempionluğudur. İlk dəfə 2021-ci ildə şahmatçı Azərbaycan çempionatında birinci yeri tutub.
Üçüncü yer uğrunda görüş Eltac Səfərli və Məhəmməd Muradlı arasında keçirilib. İlk rapid oyunu heç-heçə başa çatıb. İkinci oyunda ağ fiqurlarla mübarizə aparan Səfərli rəqibini məğlub etməklə bürünc medala sahib çıxıb (Report).
Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 25 min manat təşkil edir. Çempion 10 min manat pul mükafatı qazanıb.