BAKI, 28 yanvar - Sputnik. İsveçin xarici işlər naziri Tobias Billström Türkiyə-İsveç danışıqlarının dayandırıldığını açıqlayıb.
Bu barədə “TRT Haber” məlumat yayıb. Billström NATO-ya üzvlük prosesinin dayandırılmasının Quranın yandırılması ilə bağlı aksiyalar fonunda baş verdiyini bildirib:
"Qurani Kərimin yandırılması ilə bağlı aksiyalar fonunda krallığın Alyansa üzv olması dayandırılıb", - o, deyib.
Qeyd edək ki, bundan əvvəl rəsmi Ankara da İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair üçtərəfli mexanizm üzrə növbəti görüşün təxirə salındığını bildirmişdi.
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu isə daha əvvəl deyib ki, Türkiyə hazırda Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı görüşdə bir məna görmür.
Nazir həmçinin İsveç və Finlandiyanın NATO-ya ayrıca olaraq qəbul edilməsi ilə bağlı rəsmi təklifin olmadığını da qeyd edib.
Nazir həmçinin İsveç və Finlandiyanın NATO-ya ayrıca olaraq qəbul edilməsi ilə bağlı rəsmi təklifin olmadığını da qeyd edib.
İslam əleyhinə olan "Sərt kurs" partiyasına rəhbərlik edən ultra-sağçı danimarkalı siyasətçi Rasmus Paludan yanvarın 21-də Stokholmdakı Türkiyə səfirliyi qarşısında Quran kitabını yandırıb.
İsveç mediası Paludanın bu aksiyasının yerli hakimiyyət orqanlarının icazəsi ilə baş tutduğu barədə məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması "alçaqlıq və rəzillikdir" və bu, "ksenofobiya və irqçiliyin" təzahürüdür.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın İsveç hakimiyyətinin "müasir barbarlar" kimi davrandığına diqqət çəkib.
İsveçin Baş naziri Ulf Kristersson Stokholmda Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılmasını hörmətsizlik adlandırıb.