BAKI, 27 yanvar — Sputnik. Ukraynadakı münaqişəyə 24 saat ərzində son qoymaq üçün danışıqlar aparmağı bacararam. Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.
"Mən prezident olsaydım, Rusiya ilə Ukrayna arasında müharibə heç vaxt baş verməzdi. Amma indi də prezident kimi mən bu dəhşətli müharibəni 24 saat ərzində sona çatması barədə razılığa gələ bilərdim ", - deyə "Newsweek" Trampın "Truth Sosial" şəbəkəsindəki mesajından sitat gətirib.
Xatırladaq ki, Tramp dəfələrlə Ukraynadakı münaqişənin 3-cü Dünya Müharibəsinə çevrilə biləcəyi barədə xəbərdarlıq edib və bildirib ki, əgər o, prezident qalsaydı, hərbi əməliyyatlar baş verməzdi.