DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp Ukraynadakı münaqişəni 24 saat ərzində dayandırmağa razı salacağını bildirib

© AP Photo / John RaouxDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
"Newsweek" Trampın "Truth Sosial" şəbəkəsindəki mesajından sitat gətirib.
BAKI, 27 yanvar — Sputnik. Ukraynadakı münaqişəyə 24 saat ərzində son qoymaq üçün danışıqlar aparmağı bacararam. Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.
"Mən prezident olsaydım, Rusiya ilə Ukrayna arasında müharibə heç vaxt baş verməzdi. Amma indi də prezident kimi mən bu dəhşətli müharibəni 24 saat ərzində sona çatması barədə razılığa gələ bilərdim ", - deyə "Newsweek" Trampın "Truth Sosial" şəbəkəsindəki mesajından sitat gətirib.
Xatırladaq ki, Tramp dəfələrlə Ukraynadakı münaqişənin 3-cü Dünya Müharibəsinə çevrilə biləcəyi barədə xəbərdarlıq edib və bildirib ki, əgər o, prezident qalsaydı, hərbi əməliyyatlar baş verməzdi.
Xəbər lenti
0