RUSİYA

Moskva Azərbaycan səfirliyinə növbəti hücumdan şoka düşüb - Zaxarova

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Sputnik
BAKI, 27 yanvar - Sputnik. Moskva Azərbaycan səfirliyinə növbəti hücumdan şoka düşüb, həmkarlarına başsağlığı və dəstək verir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi sarsıtdı. Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk!", - deyə o, Telegram kanalında yazıb. Xin rəsmisi bildirib ki, daha sonra nazirlik bu məsələ ilə bağlı ətraflı şərh verəcək.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.