https://sputnik.az/20230127/moskva-azerbaycan-sefirliyine-novbeti-hucumdan-soka-dusub---zaxarova----451088361.html
Moskva Azərbaycan səfirliyinə növbəti hücumdan şoka düşüb - Zaxarova
Moskva Azərbaycan səfirliyinə növbəti hücumdan şoka düşüb - Zaxarova
Sputnik Azərbaycan
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən... 27.01.2023, Sputnik Azərbaycan
2023-01-27T11:23+0400
2023-01-27T11:23+0400
2023-01-27T12:49+0400
rusiya
mariya zaxarova
rusiya xin
iran
səfirlik
hücum
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442993571_0:0:3368:1895_1920x0_80_0_0_332e0eae8714a0a7bae99582308bbba4.jpg
BAKI, 27 yanvar - Sputnik. Moskva Azərbaycan səfirliyinə növbəti hücumdan şoka düşüb, həmkarlarına başsağlığı və dəstək verir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib."Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi sarsıtdı. Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk!", - deyə o, Telegram kanalında yazıb. Xin rəsmisi bildirib ki, daha sonra nazirlik bu məsələ ilə bağlı ətraflı şərh verəcək.Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442993571_637:0:3368:2048_1920x0_80_0_0_a3141778d732e024bbfc9a542ce695d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, rusiya xin, iran, səfirlik, hücum, azərbaycan
mariya zaxarova, rusiya xin, iran, səfirlik, hücum, azərbaycan
Moskva Azərbaycan səfirliyinə növbəti hücumdan şoka düşüb - Zaxarova
11:23 27.01.2023 (Yenilənib: 12:49 27.01.2023) Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
BAKI, 27 yanvar - Sputnik. Moskva Azərbaycan səfirliyinə növbəti hücumdan şoka düşüb, həmkarlarına başsağlığı və dəstək verir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi sarsıtdı. Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk!", - deyə o, Telegram kanalında yazıb. Xin rəsmisi bildirib ki, daha sonra nazirlik bu məsələ ilə bağlı ətraflı şərh verəcək.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.