BAKI, 26 yanvar — Sputnik. Moskva qeyd edir ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının istiqaməti üzrə işi məntiqi nəticəyə çatdırmadan Aİ-nin xeyrinə seçim etməyə üstünlük verib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Biz müəyyən edirik ki, İrəvanda KTMT missiyasının fəaliyyəti üzrə işi məntiqi nəticəyə çatdırmadan, onlar Aİ-nin xeyrinə seçim etməyə üstünlük veriblər", - XİN Avropa İttifaqının Ermənistanın sərhədyanı rayonlarında mülki monitorinq missiyasının yaradılması ilə bağlı bildirib.
Rusiya XİN əlavə edib ki, erməni müttəfiqləri KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, bunun missiya tez bir zamanda Ermənistanda yerləşdirilə bilər.