BAKI, 25 yanvar — Sputnik. Avropa təcili olaraq letargiya yuxudan oyanmalı, Qərb ölkələri tərəfindən başladılan əvvəlki iki dünya müharibəsindən faydalananın ABŞ olduğunu xatırlamalıdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova çərşənbə günü İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayaninin açıqlamasını şərh edərkən bildirib.
Daha əvvəl Tajani Avropanın real xarici və müdafiə siyasətinin olmadığını, ölkələr arasında "həddən artıq qısqanclığın" olduğunu, həmçinin, "Avropanın həmişə ABŞ-dan geri qaldığını" bildirmişdi. O qeyd edib ki, "Avropa hər şeyi etməlidir ki, münaqişə heç vaxt genişlənməsin". Onun sözlərinə görə, "nə NATO, nə də Ukraynaya yardım etməyə borclu olan Avropa Rusiya ilə döyüşmür".
"Yəni onlar başa düşmürlər ki, ABŞ Avropanı böyük müharibəyə sürükləyir? Niyə? Ona görə ki, dünyada gərginlik ocaqları yaratmaqdan başqa Vaşinqtonun dolları təmin etmək və Amerika iqtisadiyyatının artımını saxlamaq üçün çoxdan başqa resursları yoxdur. Su nişanları olan yaşıl kağız yalnız bir şeylə təmin olunub - mətbəə və mürəkkəbin olması ilə", - deyə Zaxarova özünün "Telegram" kanalında yazıb.
"Avropa təcili olaraq letargiya yuxusundan oyanmalı və nəhayət xatırlamalıdır ki, Qərb ölkələri tərəfindən başlanmış iki əvvəlki dünya müharibəsindən faydalanan məhz ABŞ olub. Bütün dünya xarabalıqlar içində ikən Vaşinqton külün üzərində "Pax Americana"nı yaradıb. Bəlkə, üçüncü dəfə eyni səhvi təkrarlamamağın zamanı çatıb?" – deyə diplomat qeyd edib.