BAKI, 25 yanvar — Sputnik. Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçiriləcək.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasında iştirak edəcək mötəbər qonaqların siyahısı hələ ki, dəqiqləşdirilir.
Tədbirdə beynəlxalq enerji şirkətlərinin və maliyyə qurumlarının iştirakı gözlənilir.
Toplantının sonunda nazirlərin mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı 2021-ci il fevralın 11-də, səkkizinci toplantı isə 2022-ci ilin fevralın 4-də keçirilib.