"Missiyanın müddətinin iki il nəzərdə tutulması, həm də Rusiya sülhməramlı kontingentinin fəaliyyətinin başa çatması ilə eyni vaxta təsadüf edir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandığı təqdirdə belə bir missiyaya da ehtiyac qalmayacaq. Ancaq bölgəyə yeni missiyanın cəlb olunması, həm də sülhməramlı qüvvələrə alternativ yaratmaq deməkdir. Təbii olaraq, bu da sülh prosesinə müsbət təsir göstərə bilməz".
"Aİ özünün patronajlığı altında Azərbaycan-Ermənistan danışıqlarının davam etməsini istəyir. Burada Fransanın ciddi cəhdlə danışıqlarda iştirak etmək niyyəti də ortadadır. Bilirik ki, Fransanın qərəzli mövqeyinə görə, danışıqlar yarımçıq qalmışdı. O baxımdan bu missiyanın hər hansı təsiri olacağını düşünmürəm", - deyə millət vəkili bildirib.