Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Aİ-nin yeni missiyası bölgəyə nə vəd edir? - Millət vəkilinin şərhi

© AP Photo / Olivier Matthys
Aİ - Sputnik Azərbaycan, 1920, 25.01.2023
Abunə olmaq
Millət vəkili bildirib ki, Aİ bu addımı atmaqla Rusiyanın bölgədəki missiyasına zərbə vurmağa çalışır və ona qarşı çıxır.
BAKI, 25 yanvar — Sputnik. Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Ermənistanda sərhədyanı ərazilərin sabitləşdirilməsinə, etimadın yaradılmasına və münasibətlərin normallaşmasına kömək etmək üçün Ermənistanda mülki missiyanın yaradılmasını təsdiqləyiblər. Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir.
Sputnik Azərbaycan bu missiyanın bölgədəki proseslərə təsiri ilə bağlı millət vəkili Arzu Nağıyevin fikirlərini öyrənib.
Millət vəkili bildirib ki, Aİ bu addımı atmaqla Rusiyanın bölgədəki missiyasına zərbə vurmağa çalışır və ona qarşı çıxır:

"Missiyanın müddətinin iki il nəzərdə tutulması, həm də Rusiya sülhməramlı kontingentinin fəaliyyətinin başa çatması ilə eyni vaxta təsadüf edir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandığı təqdirdə belə bir missiyaya da ehtiyac qalmayacaq. Ancaq bölgəyə yeni missiyanın cəlb olunması, həm də sülhməramlı qüvvələrə alternativ yaratmaq deməkdir. Təbii olaraq, bu da sülh prosesinə müsbət təsir göstərə bilməz".

© Sputnik / Murad OrujovArzu Nağıyev
Политолог Арзу Нагиев - Sputnik Azərbaycan, 1920, 24.01.2023
Arzu Nağıyev
Arzu Nağıyevin sözlərinə görə, baş verənlər Rusiyanı qane edə bilməz:
"Biz bilirik ki, Rusiyanın Ermənistanda hərbi bazası var. Ermənistan sərhədlərinin təhlükəsizliyini müəyyən mənada Rusiya Federal Təhlükəsizlik Xidməti təmin edir. Bu təqdirdə sual yaranır ki, Ermənistan sərhədində belə bir missiyanın göndərilməsinə nə ehtiyac var? Yəni burada əsas məqsəd bölgədə gərginliyi artırmaq, eyni zamanda Rusiyaya qarşı fəaliyyət göstərməkdir. Baş verənlər Ermənistana da sərf edir. Beləliklə Ermənistan sülh danışıqlarını uzatmaq üçün bir az da imkan əldə etmiş olur. Aİ-nin yeni missiyası öz məlumatlarına uyğun addım atacaq. Bu missiya daha əvvəl də gəlmişdi. Biz bu zaman da hər hansı irəliləyiş görmədik".

"Aİ özünün patronajlığı altında Azərbaycan-Ermənistan danışıqlarının davam etməsini istəyir. Burada Fransanın ciddi cəhdlə danışıqlarda iştirak etmək niyyəti də ortadadır. Bilirik ki, Fransanın qərəzli mövqeyinə görə, danışıqlar yarımçıq qalmışdı. O baxımdan bu missiyanın hər hansı təsiri olacağını düşünmürəm", - deyə millət vəkili bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan Ermənistan-Azərbaycan danışıqlar prosesinin vacibliyini vurğulayıb, ölkəmizin bu proses çərçivəsində danışıqların davam etdirilməsinə hazır olduğunu deyib. Bu barədə Azərbaycan Prezidenti yanvarın 19-da Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşündə deyib.
Xəbər lenti
0