FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Ay təqviminə görə Yeni il dünyanın bir çox ölkəsində qeyd olunub

Çin Yeni ilinin rəngarəng şənlikləri dünyanın müxtəlif yerlərində qeyd edilib.
Sputnik
Nyu-Yorkdakı "Empayr Steyt Bildinq" binası Çin Yeni il bayramı şərəfinə qırmızı rəngdə işıqlandırılıb. Bu ənənə artıq 23 ildir ki, davam edir.
Braziliyanın San-Paulu şəhərində Çin operası və aslan rəqslərindən ibarət nömrələr nümayiş olunan qala-konsert təşkil olunub. Yeni Zelandiyanın Oklend şəhərində minlərlə yerli sakin ləzzətli təamlar, bayram suvenirləri və canlı tamaşalarla Yeni il yarmarkasına qatılıb.
1 / 14

İtaliyanın Milan şəhərinin mərkəzində Ay təqviminə görə Yeni ilə həsr olunmuş parad.

2 / 14

Cənubi Koreyanın Seul şəhərində Ay təqviminə görə Yeni il şənliyi zamanı nəhəng dovşan maketinin qarşısında şəkil çəkdirən qadın.

3 / 14

İnsanlar Banqkokun Çin məhəlləsindəki Tay Honkonq məbədində ətirli çubuqlar yandırırlar.

4 / 14

Çinli sənətçilər İndoneziyada Ay təqviminə görə Yeni il şənliyi zamanı şir rəqsini ifa edirlər.

5 / 14

İtaliyanın Milan şəhərinin mərkəzində Ay təqviminə görə Yeni ilə həsr olunmuş parad.

6 / 14

Pekində Ay təqviminə görə Yeni il şənliyi.

7 / 14

Qadın və uşaq Pekində Yeni ilin ilk günündə Tsyanmen piyada ticarət küçəsində dovşan şəklində olan çiçək ornamentinin qarşısında şəkil çəkdirir.

8 / 14

Malayziyada Ay təqviminə görə Yeni il şənliyi.

9 / 14

İtaliyanın Milan şəhərinin mərkəzində Ay təqviminə görə Yeni ilə həsr olunmuş parad.

10 / 14

Taypey meri Ueyn Çan (mərkəzdə) Tayvanın Taypey şəhərində Yeni ilin ilk günü məbəddə dua edir.

11 / 14

İnsanlar Banqkokun Çin məhəlləsindəki Tay Honkonq məbədində dua edirlər.

12 / 14

Çinli sənətçilər Yeni il şənliyi zamanı şir rəqsini ifa edirlər.

13 / 14

Honkonqda Ay təqviminə görə Yeni il şənliyində üz maskası və dovşan papağı taxan qadın.

14 / 14

Kişi Çin Yeni ili ərəfəsində nəhəng Budda heykəlini təmizləyir.

Tokioda, Ueno parkında Yeni il yarmarkası açılıb. Onun əsas mövzusu pandalardır. On minlərlə ziyarətçi cazibədar ağ-qara ayıların əhatəsində bayram yeməklərindən və sənətçilərin çıxışlarından zövq alır.