DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir - Baş nazir

Yaponiya-Rusiya münasibətlərində çətin vəziyyət yaranıb, lakin Yaponiya ərazi məsələsinin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasətinə sadiq qalmağa davam edəcək.
Sputnik
BAKI, 23 yanvar — Sputnik. Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətə görə Tokio ilə Moskva arasında münasibətlərin gərgin olmasına baxmayaraq, ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasətini davam etdirir. Bu barədə Yaponiya parlamentin aşağı palatasının plenar iclasında çıxış edən Baş nazir Fumio Kişida bildirib.
"Ukrayna ətrafındakı vəziyyətə görə Yaponiya-Rusiya münasibətlərində çətin vəziyyət yaranıb, lakin Yaponiya ərazi məsələsinin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasətinə sadiq qalmağa davam edəcək", - deyə o bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Moskvanın Tokiodan gələn hərbi təhdidlərin qarşısını alacağını bildirmişdi.
Onun sözlərinə görə, Yaponiyanın ölkənin dinc inkişafından imtina etmək kursu Rusiya və Asiya-Sakit okean regionunun təhlükəsizliyi üçün ciddi problemdir.
Xüsusilə, o, Yaponiyanın Rusiya sərhədləri yaxınlığında qeyri-regional tərəfdaşların iştirakı ilə irimiqyaslı hərbi təlimlər keçirməsinə, müdafiə və təhlükəsizlik sahəsində doktrinal sənədlərin yenilənmiş variantının qəbul edilməsinə diqqət çəkib.