BAKI, 23 yanvar — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ-ın yeni səfiri Linn Treysi yaxın günlərdə Moskvaya gedəcək. Bu barədə o, TASS-a müsahibəsində bildirib.
"Yaxın günlərdə", - deyə diplomat müvafiq suala cavab verib.
Yanvarın 13-də Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel də ABŞ-ın yeni səfirinin yaxın günlərdə Moskvaya gedəcəyini bildirib.
21 dekabr 2022-ci ildə ABŞ Senatı Dövlət Departamentinin əməkdaşı Linn Treysini ölkənin Rusiyadakı səfiri vəzifəsinə təsdiq edib. Ryabkov bildirib ki, Moskvada bu namizədlik təsdiqlənib.
Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays qeyd edib ki, Treysi Rusiya hakimiyyəti ilə viza verilməsinin bərpası imkanları üzərində işləyəcək. Diplomat belə bir nəticənin hər iki ölkənin maraqlarına uyğun olacağını qeyd edib.